Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 25 sentyabr 2018-ci il tarixində Şamaxı rayon Quşçu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə məktəbin kollektivi iştirak etmişdir.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 25 sentyabr 2018-ci il tarixində Tərtər rayon Ələsgərli kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Görüşdə Tərtər rayon DYMH-nin nümayəndələri də iştirakı etmişlər.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 25 sentyabr 2018-ci il tarixində Astara Elektrik Stansiyası MMC-də obyekt mülki müdafiə məşqi keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 25 sentyabr 2018-ci il tarixində Qaradağ rayonundakı 166 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 25 sentyabr 2018-ci il tarixində Neftçala rayonunun Həsənabad kəndində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərində yaşayan, hərbi xidmətdə olmuş, tam orta və ya orta ixtisas təhsilli, yaşı 30-dək olan “BC” kateqoriyalı sürücüləri xidmətə qəbul olunmağa dəvət edir.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 21 sentyabr 2018-ci il tarixində Ağdaş rayon Habil Əliyev adına musiqi məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 sentyabr 2018-ci il tarixində SOCAR-ın “Azərikimiya” İstehsalat Birliyinin təmir tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində maarifləndirmə tədbiri keçirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.