Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

23 iyun 2015-ci il saat 01:00-dək:

Qobustan rayonu, Təsi kəndində (rayon mərkəzindən 22 km aralı) bələdiyəyə məxsus ərazidə 1 ha biçilməmiş taxıl və 30 ha sahədə kol-kos yanmışdır.

22 iyun 2015-ci il saat 22:15-dək:

Beyləqan şəhərində 140 ha kol-kos və 100 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur.

22 iyun 2015-ci il saat 21:45-dək:

Sabirabad rayonu, Dadaşbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır.

22 iyun 2015-ci il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...

22 iyun 2015-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalmışdır.

22 iyun 2015-ci il saat 19:15-dək:

Samux şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanmış, yüksək temperaturdan digər vətəndaşa məxsus olan yaxınlıqdakı mağazanın lambirdən ibarət üzlüyü 5 kv.m sahədə ərimişdir.

22 iyun 2015-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

22 iyun 2015-ci il saat 16:30-dək:

Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 3,6 ton ot bağlamasının 1 tonu və qoşqunun 4 ədəd təkərləri yanmışdır.

22 iyun 2015-ci il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

22 iyun 2015-ci il saat 08:30-dək:

Xaçmaz rayonu, Manafoba kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton  ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr