Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

10 iyun 2015-ci il saat 14:45-dək:

Beyləqan rayonu, Eyvazalılar kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 42 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır.

10 iyun 2015-ci il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən daxil olmuş məlumata əsasən 07.06.2015-ci il tarixində yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli caylarında suyun səviyyəsinin qısa müddətli artması nəticəsində Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndərində və Bum qəsəbəsində bəzi fərdi...

10 iyun 2015-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib...

10 iyun 2015-ci il saat 09:00-dək:

Kürdəmir rayonu, Karrar kəndində “CASPİAN TRANS” şirkətinə məxsus “MERCEDES” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquda olan 23 ton tekstil sap yanmışdır. Yanğından yük avtomobili mühafizə olunmuşdur. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

10 iyun 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı yol ayırıcısına çırpılmışdır. Nəticədə, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və...

10 iyun 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.....

10 iyun 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Şənlik kəndində vətandaşa məxsus ümumi sahəsi 104 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

09 iyun 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Topalhəsənli kəndində vətandaşa məxsus ümumi sahəsi 500 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

09 iyun 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Xudat şəhərində ümümi sahəsi 1500 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə və yaxınlıqda 1 ha sahədə quru ot yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

09 iyun 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Qızılhacılı kəndində vətandaşa məxsus “KAMAZ” markalı yük avtomobilinə yığılmış 6 ton ot bağlamasının 1 tonu  yanmışdır. Ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr