Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

24 mart 2019-cu il saat 08:15-dək:

Bakı şəhərinin Yasamal rayonunda "VAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb...

24 mart 2019-cu il saat 07:00-dək:

Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

24 mart 2019-cu il saat 03:00-dək:

Cəlilabad rayonunda ümumi sahəsi 15 m² olan talvarın yanar konstruksiyaları 6 m² sahədə və altına yığılan plastik materiallar 1 m² sahədə yanıb.

23 mart 2019-cu il saat 22:30-dək:

Sabirabad rayonunun Moranlı kəndində 10 ton ot bağlamasının 2 tonu, qamışdan ibarət çəpər 5 p.m və yaxınlıqdakı həyətyanı sahədə 1 ton ot bağlamasının 200 kiloqramı yanıb.

23 mart 2019-cu il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

23 mart 2019-cu il saat 19:15-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində tavan 2 m² sahədə, 1 ədəd məişət avadanlığı və dam örtüyü 6 m² sahədə yanıb.

23 mart 2019-cu il saat 07:30-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb...

23 mart 2019-cu il saat 07:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb...

22 mart 2019-cu il saat 19:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb...

22 mart 2019-cu il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr