Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

22 iyun 2019-cu il saat 09:30-dək:

21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

22 iyun 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb...

22 iyun 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb...

21 iyun 2019-cu il saat 22:15-dək:

Kürdəmir şəhərində 800 m² sahədə quru ot yanıb və eyni zamanda ümumi sahəsi 1000 m² olan talvarın altına yığılan 47 ədəd (hər biri 10 ton) pambıq tayasından 15 ədədinin üzü qarsalanıb (100 kiloqram pambıq yanıb). 

21 iyun 2019-cu il saat 22:00-dək:

Bərdə rayonunun Həsənqaya kəndində 25 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

21 iyun 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

21 iyun 2019-cu il saat 18:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafenin mətbəxində 1 ədəd qazan yanıb.

21 iyun 2019-cu il saat 15:45-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 m² olan dam örtüyünün yanar konstruksiyaları 250 m² sahədə yanıb.

21 iyun 2019-cu il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndi ərazisindən keçən hissəsində 2 nəfər batıb.

21 iyun 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr